loading...

Yuxuların insanlara olan təsiri danılmazdır. Bəlkə də hamımız gördüyümüz bir yuxunun mənasını ya internetdən ya da yuxu haqqındakı kitablarından oxuyub tapmağa çalışırıq. Görülən hər biri yuxu, bu xəyali dünyada gördüyümüz obyektlər və fərqli ssenarilər bizlərə mövcud psixologiyamız ilə əlaqədar ipucları verir.

Təbii olaraq, bu xəyali dünyadakı həyatların da bir mənası olmalıdır.

Ağ və ya gümüşü: qadına xas duyğuların artımını işarə edir. Saflığın, təmizliyin, sülhün, işığın, və müdrikliyin rəngidir. Yuxuya ağ rəngin hakim olması o adamın daxili dincliyə ehtiyacı olduğunu bildirir.

Qəhvəyi: Torpağın, maddənin rəngidir. Duyğu, həyəcan və fərdi dəyişmə deməkdir. İnsanın içində olduğu həyat şərtlərinə və ruhi vəziyyətinə görə fiziki rahatlıq axtarışı və ya dünyəvi zövqlərdən imtina etmə arzusu olaraq şərh olunur.

Qırmızı: Yuxuda gördüyümüz qırmızı rəng yaşamaq arzusunu, cinsi ehtirasları, şəhvəti və qəzəbi təmsil edir. Böyük bir eşq yaşandığını da işarə edə bilər. Yuxuda qırmızı rəng görən insanın işləri çox tez olacaq deməkdir.

Mavi: Enerji, xəyal gücü və hissləri təmsil edən rəngdir. Sədaqət, ağıl və məntiqlə uyğun gəlir. Birlikdə görüldüyü cismə və ya şəklə görə insanın dincliyə, rahatlığa və sükunətə olan ehtiyac duyğusunu əks etdirir.

Çəhrayı: Duyğuları, eşqi, sevinci, xoşbəxtliyi və xəyalları təmsil edən rəngdir. İnsanın şəxsi həyatında bir biraz gizlilik tələb edən vəziyyətlər olduğunu və ya romantik, sehrli və şəfqət dolu bir əlaqə xəyal etdiyini ya da belə bir əlaqənin başlanğıcında olduğuna bildirir.

Bej: Yuxusunda şirin bir bej görən kimsə işdə müvəffəqiyyətə işarə edər. Amma bej çirklidirsə, çətinlik mənasına gəlir.

Qızılı rəng: Yuxuda görülən bu rəng alçaqlıq və rüsvayçılıq mənasını ifadə edir.

Xaki rəng: Yuxuda xaki rəngli bir paltar geyinmiş olduğunuzu görmək əsgərliklə şərh olunur. Yuxu sahibi əgər gənc oğlandırsa, yaxında əsgər gedəcəyinə işarədir. Yuxu sahibi yaşlı şəxsdirsə, yaxud qadındırsa, yaxında əsgərdən övladının tərxis olunacağına və ya icazəli evə dönəcəyinə dəlalət edir. Çox yaşlı bir insanın xaki rəng bir paltar geydiyini görməsi onun yaxında öləcəyinə işarədir.

Yaşıl rəng: Bu rəng və onun tonları hansı obyektdə yaxud vəziyyətdə görülsə, xeyirə dəlalət edər. //Sevil

loading...
SHARE
Şərh yaz