Zamşa ayaqqabıların ev şəraitində təmizlənməsi

loading...

Zamşa ayaqqabı kişinin zövqünü, qadının isə incəliyini vurğulayır ” – bu sözlər məşhur Koko Şanel-ə aiddir. Qadın zamşadan  bahalı və zərif çəkmələri geyindiyi zaman, bu ayaqqabılar onun hisslərini çox yaxşı  təsvir edir. Qamət daha düz, yeriş daha yüngül və zərif olur. Biz şüuraltı olaraq  bu ayaqqabıya uyğun olmağa çalışırıq, hər hərəkəti izləyirik və  özümüzü planetdə ən gözəl qadın hiss edirik.

Lakin bu  ayaqqabılarında öz çatışmamazlıqları var. Zamşa ayaqqabı üçün qulluq müntəzəm və düzgün olmalıdır. Belə ayaqqabını yağışlı havada geyinmək olmaz, günəşli gündə isə nadir hallarda çirklənmir və biz sevimli ayaqqabılarımızı yalnız xüsusi hadisələr üçün saxlayırıq, çünki, korlamağa qorxuruq.

Yəqin, elə bir qadın yoxdur ki, zamşa ayaqqabıya necə qulluq etmək lazım olduğu barədə maraqlanmasın. Bəzən adi bir səhv ayaqqabıların həmişəlik korlanmasına səbəb ola bilər. Bu məqalədə biz ev şəraitində zamşa ayaqqabıya qulluq mərhələlərini maksimal ətraflı təsvir etməyə çalışacağıq.

Yay fəslində ayaqqabılara qulluq qaydası

Məhz ilin isti fəslində zamşa ayaqqabı üçün qulluq dəqiq və xüsusi olmalıdır. Küçədə yüngül və quru hava olduğu zaman belə, zamşa onu tez canına çəkir ki,  bu da onun zahiri görünüşünə mənfi təsir edir. Belə bir vəziyyətdə evə gəlib, ayaqqabıları yumşaq flanel parçayla mütləq emal etmək və ya zamşa üçün olan xüsusi şotka ilə təmizləmək lazımdır. Yadda saxlayın, tozu sadəcə çırpmaq lazımdır, ayaqqabıya sürtmək yox.

Əgər sizin ayaqqabınız süni zamşadan istehsal edilibsə, onu yumaq olar. Yalnız bunu çox səliqəli etmək lazımdır. Suda yuyucu vasitənin az miqdarını həll edin və ayaqqabıları həminki flanel parçanın köməyi ilə bu məhlulla silin. Rütubətli emaldan sonra ayaqqabını mütləq quru əskiylə silin. Günəşdə və ya isitmə cihazlarının yanında ayaqqabını qurutmaq lazım deyil, sadəcə onu yaxşı hava gələn yerə qoyun.

Ev şəraitində təbii zamşa üçün qulluq xüsusi köpük-təmizləyicinin köməyi ilə həyata keçirilir, hansı ki, bütün çirklələri canına çəkir. Onun istifadəsindən əvvəl təlimatı diqqətlə oxuyun və ona görə ciddi hərəkət edin. Təbii zamşanı islatmaq tövsiyə edilmir.

Əgər siz yağışın altına düşdünüzsə və ayaqqabılar islanıb palçığlı oldusa nə etmək lazımdır? Ümidinizi itirməyin, indiki halda təcili reanimasiyadan istifadə etmək olar. 2-3 dəqiqə ərzində ayaqqabını buxarda saxlayın, o ilk görünüşü əldə edəcək.

Zamşa ayaqqabılara qışda qulluq qaydası

İnanılmaz səslənsədə, zamşa ayaqqabı qışda sizdən daha az diqqət tələb edəcək.

Qışda ayaqqabını qurutmaq tez-tez lazım olur bəs necə edək ki ayaqqabılar tez korlanmasın? Heç vaxt qızdırıcılarda və ya açıq sobanın yanında ayaqqabı qoymayın. Bununla siz tikişlərin tez ayrılmasına və öz formasını dəyişməsinə  nail olacaqsınız ki, bu zamanda onları yalnız atmalı olacaqsınız.

Qurutmazdan əvvəl ayaqqabını yumşaq parçayla mütləq silin. Çəkmələri kağızıyla doldurun – o bütün rütubəti mənimsəyəcək, bu onları qurutmağa bərabərdir. Nə qədər tez kağızı dəyişdirsəniz, ayaqqabı bir o qədər daha sürətli  quruyacaq.

zamsa-ayaqqabi

Qurutma üçün xörək duzundan istifadə etmək olar. Bunun üçün onu tavada qızdırın, kətan torbaya boşaldıb çəkmələrə yerləşdirin. Əgər duz soyudusa və ayaqqabı hələ də rütubətlidirsə proseduru təkrarlayın.

Ev şəraitində ayaqqabı üçün elektrik quruduculardan da istifadə edə bilərsiniz. Onlar tədricən qızır və bərabər isti paylaşdırırlar. Buna görə deformasiyalardan qorxmaq lazım deyil. Yeri gəlmişkən, qış ayaqqabısı üçün su buraxmayan sprey də əldə etmək olar. Onlarla küçəyə çıxmazdan bir neçə saat əvvəl çəkmələri emal etmək lazımdır. Bu üsulla  bir neçə dəfə islanma ehtimalını azaldacaqsınız.

loading...
Şərh yaz