Zolaqlı geyimlərdən necə istifadə edək?

Zolaqlı geyimlər 2016-cı ilin həm yaz-yay, həm də payız-qış kolleksiyalarında ən nəzərə çarpan detallardan birinə çevrilib. Xüsusilə ağ-qara zolaqlı geyimlər bu ilin trendləri sırasındadır. Lakin göy qurşağı rəngləri ilə boyanmış zolaqlar həm dəbli vəm də canlı ab-hava yaradır. Lakin belə geyimlərdən istifadə edərkən diqqət etməli olduğunuz nüanslar olacaq. İlk olaraq qeyd edək ki, vücudunuzun qalın olan hər bir hissəsində şaquli formada zolaqlardan ibarət geyimlərdən istifadə etməyin, əks halda sizi daha kök göstərəcək. Bu istiqamətli zolaqları bədən xəttlərində düzgün əks etdirmək sizi incə göstərməklə yanaşı, vücudda balanslı vizual görünüş yaradar. Zolaqların qalın və incəliyini isə bədən tipinizə görə seçə bilərsiniz.

Belə ki, əgər arıq və incə görünüşlüsünüzsə qalın zolaqlardan rahatlıqla istifadə edə bilərsiniz. Bəstəboylular nazik zolaqlardan, ortaboylular isə normal ölçülü zolaqlardan kombinlərində yararlana bilərlər. Üfüqi zolaqlı şalvar və ətəklərdə istifadə edəcəksinizsə diqqətli olun, belə geyimlər bədənin böyük olan hissələrində kobud görünüşə səbəb olacaq. Sonda bədən tipinə bələd olan hər bir kəs bu geyimlərlə al əlvan obrazlar yarada bilər. AAAF Park mağazalar şəbəkəsi dəbin canlı dünyası ilə sizi tanış edəcək.

loading...
SHARE